Vernidub "Neftçi"yə daha 3 oyunçu aldırmaq niyyətindədir - SON DƏQİQƏ

15:15 Neftçi 384
Vernidub "Neftçi"yə daha 3 oyunçu aldırmaq niyyətindədir - SON DƏQİQƏ

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub klubun transfer çalışmalarını davam etdirməsini istəyib.

Paytaxt təmsilçisindən aldığımız məlumata görə, ukraynalı çalışdırıcı tezliklə daha 3 oyunçunun alınmasında maraqlıdır.

Ötən ilin dekabrından bəri burada işləyən ukraynalı onlara dair raport hazırlayıb.

Yaxınlarda müqavilə müddətini 2 il uzatmış mütəxəssis müdafiə, yarımmüdafiə və hücum xəttinə yeni "qan" vurulmasına tərəfdardır.

Konfrans Liqasında iştirak edəcək bakılılar bu yay 1 yerli və 3 əcnəbi ilə güclənib.

Rüfət Abbasov "Şamaxı"dan geri qaytarılıbsa, Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon (son klubu "Peksara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) ilk dəfə ağ-qara formanı geyinmək fürsəti qazanıb.

Gedənlərlərin siyahısı isə hələlik 5 nəfərlə məhdudlaşır. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala düşərgəni tərk edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti