"Neftçi" başqalarına müqavilə təklif edir, ona yox - SÜRPRİZ GƏLİŞMƏ

24 Fevral 2020 20:40 Neftçi 1 551
"Neftçi" başqalarına müqavilə təklif edir, ona yox - SÜRPRİZ GƏLİŞMƏ

«Neftçi» yeni mövsümün transfer çalışmalarına başlayıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, rəhbərlik ilk növbədə düşərgədə olan yerli futbolçuların məsələsini nəzərdən keçirir.

Onların bir çoxuyla danışıqlara artıq start verilib. Maraqlıdır ki, Emin Mahmudova yeni kontrakt təklif olunmayıb. 2017-ci ildən ağ-qara formanı geyinən kapitanın mövsümün sonunda sərbəst qalacağı gözlənilir.

"Saturn"un yetirməsi olan 28 yaşlı futbolçu karyerası ərzində "Spartak", "Tom", "Krlya Sovetov", "Mordoviya" və "Bovişta" kimi klublarda çıxış edib.

İndi bir gözü "Qarabağ"dadır və bunu Eminin yaxın çevrəsi də etiraf edir. Lakin bakılı rəsmilər əbədi rəqibə bəslədiyi xoş münasibətə görə kapitandan imtina etmir.

Səbəb heç azarkeşlərlə münasibətlərinin korlanması da deyil. İş ondadır ki, millinin üzvü həm idman direktoru Ceyhun Sultanova, həm də onun baş məşqçi kürsüsünə əyləşdirdiyi Füzuli Məmmədova etinasız yanaşır, onların məsləhətlərini qulaqardına vurur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı