“Neftçi” baş məşqçisini qovandan sonra - FOTOLAR

20 Yanvar 2020 23:40 Neftçi 1 568
“Neftçi” baş məşqçisini qovandan sonra - FOTOLAR

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda “Gloria Sports Arena”da “Dinamo” (Kiyev) ilə qarşılaşıb. Baş məşqçi Roberto Bordinlə yollarını ayıran "Neftçi" klubunu görüşə Füzuli Məmmədov çıxarıb.

Oyundan əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və bakılı futbolçular meydana qara sarğı ilə çıxıblar. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Ukraynalıların heyətində Vitali Mikolenko (12-ci dəqiqə) və Nazari Rusin (19-cu dəqiqə), “Neftçi“dən isə Vanqelis Platellas (69-cu dəqiqə) fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti