"Bura gələn kimi onu "Neftçi"dən uzaqlaşdıracağıq"

20 Yanvar 2020 16:44 Neftçi 2 340
"Bura gələn kimi onu "Neftçi"dən uzaqlaşdıracağıq"

"Az əvvəl mənə bu barədə məlumat verdilər, özümə də çox pis gəldi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov deyib.

AFFA 19 yaşlılardan ibarət millinin iki futbolçusunu qovub. Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) yığmanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib. Onlar Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-19-un düşərgəsini artıq tərk edib.

M.Qurbanovun bildirdiyinə görə, Elnur Hüseynovu klubdan kənarlaşdıracaqlar: "O, 1 ildir bizdədir. Çempionatda ona az şans verməmişəm.

Bir çox oyunlarda meydanda olub. Düzdür, ara-sıra uşaq-uşaq hərəkətlər edirdi, amma belə götürəndə, nizam-intizamından narazı deyildim.

Onun siqaret çəkməsini bilmirdik. Siqaret çəkən futbolçunu cəzalandırmaq lazımdır. Əgər həmin futbolçu bunu millidə edirsə, ümumiyyətlə, onu bağışlamaq olmaz.

Milli elə bir yerdir ki, hamı ora can atmalıdır. Ora dəvət aldısa, əlindən gələni etməlidir, özünü göstərməlidir, sübut etməlidir ki, mən bu formanı geyinməyə layiqəm.

Biz Elnur barədə çox ciddi tədbir görəcəyik. Antalyadan qayıtmasını gözləyirik. Gəlsin, "Neftçi"dən uzaqlaşdıracağıq".

Digər Xəbərlər
Xəbər Lenti