«Neftçi» Premyer Liqaya 3 xalla başladı.
Sumqayıt səfərində qələbəni üç qolla əldə etdilər.
İki erkən qol oyunun gedişatını bir istiqamətə, qonaqların tərəfinə dəyişdi.
Yuri Vernidub məmnun göründü. Matçdan öncə fikirli, bir qədər qayğılı idi, fasilədən sonra isə üzündən təbəssüm yağırdı.
O, yenidən inanmağa başlayır. Konfrans Liqasında Minsk «Dinamo»sunna gözlənilməz məğlubiyyətin gətirdiyi qəmginliyin artıq dünəndə qalmasını söyləməyə çətinlik çəkməməliyik.
«Neftçi» ümumən pozitiv təsir bağışladı. Vernidubun keçənilki heyətə üstünlük verməsinin müsbət nəticəyə təsiri danılmazdır.
Yay transferlərindən
Qustavo Klismanla Endryu Qravilyonu ehtiyatda saxlamaqla o, avrokuboklarda etdiyi səhvi anladığını göstərdi. Gərək bu yeni oyunçulara «Dinamo»ya qarşı ilk «11-lik»də yer verməzdi. E
lvin Bədəlovla Emil Səfərovu start heyətinə qaytaran baş məşqçi, güman edirəm ki, bir daha hansısa qərara gələndə tələsməz.
Səfərovun orta sahədə faydalı iş əmsalı yüksəkdir.
O, nə vaxt forma geyinirsə, «Neftçi»nin mərkəz bölgəsi həmin oyunda daha hərəkətli olur, ikinci topları götürüb yeni hücum qurmaqda güclük çəkmir.
Belədə Emin Mahmudov da narahatlıqdan qurtulur, axı o, onsuz da, hər topun arxasınca qaçan deyil.
ELNUR
