Yuri Vernidub daha bir legionerə qapını göstərib.
Söhbət Alessio Kurçidən gedir.
Bu səbəbdən 24 yaşlı legioner yeni mövsüm üçün Peşəkar Futbol Liqasına sifariş edilməyib.
Ukraynalı mütəxəssis onun performansından narazıdır.
2028-ci ilin yayına qədər anlaşması olan forvardla yolların ayrılması istiqamətində danışıqlar başlayıb.
Lüksemburqlu legioner 2025-ci ilin yayından "ağ qaralar"ın formasını geyinir.
O, arxada qalan müddətdə meydana çıxdığı 19 görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN/ SPORTİNFO.AZ
