“Neftçi”nin məşqçilərini sevindirən xəbəri bizdən eşidin!

20:00 Neftçi 209
“Neftçi”nin məşqçilərini sevindirən xəbəri bizdən eşidin!

Avrokubok iddiasını davam etdirən “Neftçi” daha bir ciddi sınaq qarşısındadır.

“Ağ-qaralar” Premyer Liqanın 23-cü turunda “Turan Tovuz”u qəbul edəcək.

Komandanın əsas heyət üzvlərindən olan Mustafa Sek bu matçda iştirak etməyəcək. Səbəb sol cinah müdafiəçisinin cəzalı duruma düşməsidir.

Əvəzində, Falaye Sako ilə bağlı xoş xəbər var.

“Şamaxı” ilə qarşılaşmanın ilk yarısında zədələndiyi üçün Andrey Ştoqrinlə əvəzlənən fransız müdafiəçinin durumuna aydınlıq gəlib.

Qabırğası əzilən müdafiəçi idman zalında iki günlük fərdi məşqləri başa vurub.

O, bu gündən etibarən kollektiv çalışmalarda iştirak edəcək.

Bu isə o deməkdir ki, “Turan Tovuz”la görüşdə adı “23-lüy”ə daxil ediləcək.

Hətta əsas heyətdə yer alması da mümkündür.

Martın 9-da “Palms Sports Arena”da gerçəkləşəcək “Neftçi” - “Turan Tovuz” dueli saat 20:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti