Azərbaycan yığmasının və «Neftçi»nin müdafiəçisi Rüfət Abbasov karyerasını Avropada davam etdirmək imkanına malikdir.
Bu ilin yayında «Şamaxı»dan yetirməsi olduğu kluba qayılan və 3 illik müqavilə imzalayan 21 yaşlı gənc «köhnə dünya»dan yeni təklif alıb.
Ona dəvət göndərən isə Polşa təmsilçisidir. Belə ki, «GKS Katovis» millimizin üzvünün xidmətində maraqlıdır.
Ekstraklassanıqn iştirakçısı Rüfətlə 3 illik müqavilə bağlamaq niyyətini ortaya qoyub. Səbəbkarın özünün də bundan xəbəri var.
GKS Polşa çempionatının 15 həftəsi ərzində 21 xal toplayıb.
Komanda ötən müddətdə heç-heçə etməyib: 7 qələbə və 8 məğlubiyyətlə turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıblar.
SPORTİNFO.AZ
