“Neftçi” onlar üçün qiymətlərdə endirim etdi – FOTO

09:20 Neftçi 155
“Neftçi” onlar üçün qiymətlərdə endirim etdi – FOTO

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində martın 9-u saat 20:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, oyun biletlərinin qiymətində endirim olub.

“VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

oyun biletlerimizin qiymetinde endirim oldu 2026 03 03 205748 - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti