“Neftçi”nin dərdi az idi, biri də üstünə gəldi

21:20 Neftçi 349
“Neftçi”nin dərdi az idi, biri də üstünə gəldi

“Şamaxı” ilə oyunda hava-su kimi vacib qələbəni son saniyələrdə əldən verən “Neftçi”də məyusluq yaşanır.

Söhbət təkcə 2 xal itkisindən getmir.

İş burasındadır ki, “ağ-qaralar” önəmli futbolçularından birini də itirib.

Mustafa Sek növbəti turda “Turan Tovuz”la keçiriləcək önəmli qarşılaşmada iştirak edə bilməyəcək.

Buna səbəb cinah müdafiəçisinin “Şamaxı”yla matçda penaltiyə səbəbkar olarkən aldığı sarı vərəqədir.

Bu, Mustafanın cari mövsümdə dördüncü “sarı”sı olub ki, nəticədə 30 yaşlı futbolçu cəzalı duruma düşüb.

Martın 9-da “Palms Sports Arena”da gerçəkləşəcək “Neftçi” – “Turan Tovuz” dueli saat 20:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti