“Neftçi” Vernidubla yenidən toplarlanmağı bacardı"

00:40 Neftçi 81
“Neftçi” Vernidubla yenidən toplarlanmağı bacardı"

“Neftçi”nin Misli Premyer Liqasındakı yüksəlişi Ukrayna mətbuatının diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, yerli KİV komandanın uğurlu nəticələrini baş məşqçi Yuri Vernidubla əlaqələndiriblər.

Ukraynalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada hələ məğlubiyyət üzü görməyən “ağ-qaralar” keçirdiyi 6 oyunun 4-də qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

Komandanın xüsusən də, son üç turda ardıcıl qalib gəlməsi həmkarlarımızın marağına səbəb olub: “Neftçi” Vernidubla yenidən toplarlanmağı bacardı.

Komanda artıq ardıcıl qələbələr qazanmağa başlayıb. Mövsümün əvvəlində aşağılardan qurtulmağa çalışan “Neftçi” indi avrokuboklara vəsiqə qazanmağa köklənib.

Üçüncü sıradakı “Zirə” cəmi 5 xal öndədir. Bu performans davam edəcəyi təqdirdə növbəti mövsüm “Neftçi”ni avrokuboklarda görəcəyimizə inam böyükdür.

Artıq komanda daxilində və azarkeşlər arasında da buna inanırlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti