“Neftçi”nin oyununda verilməyən penalti – Gizli qalan həmin VİDEO

20:40 Neftçi 231
“Neftçi”nin oyununda verilməyən penalti – Gizli qalan həmin VİDEO

22-ci turun “Şamaxı” – “Neftçi” qarşılaşmasının son saniyələrində verilən qərar tura damğa vurdu.

Meydan sahiblərinin qonaqların qapısı qarşısına etdiyi asma zamanı Musrafa Sekin hava mübarizəsi zamanı əlini yana açmasını baş hakim Kamranbəy Rəhimov penalti kimi dəyərləndirdi.

Nəticədə “nöqtə”yə yaxınlaşan Karim Rossi dəqiq zərbə ilə hesabı bərabərləşdirdi (2:2), az sonra referinin final fitinin səsi eşidildi.

Bu, cari mövsümdə “ağ-qaralar”ın əleyhinə verilən nə birinci belə qərardır, nə ikinci, nə də üçüncü.

Maraqlıdır ki, “Neftçi”nin futbolçularının ən kiçik hərəkəti belə, rəqiblərin xeyrinə dəyərləndirilir. Lakin rəqiblər kobudluq edəndə...

Təqdim etdiyimiz görüntü 16-cı turun “Karvan-Yevlax” – “Neftçi” oyununda yaşanıb.

Qarşılaşmanın 71-ci dəqiqəsində - hesab 1:1 olanda, bakılıların hücumu zamanı Bassala Sambu topsuz vəziyyətdə “Karvan”ın cərimə meydanında üzündən zərbə alıb.

Olavale Doyeninin Sambunun üzünə zərbə endirməsi baş hakim Əliyar Ağayevin diqqətindən yayınıb. “Neftçi”dəkilərin etirazına baxmayaraq, VAR-da əyləşən digər FİFA referisi Elçin Məsiyev də epizodu incələməyi məqsədəuyğun saymayıb.

Yəni ölkəmizi Avropada təmsil edən iki hakimdən heç biri aşkar qayda pozuntusunu, başqa cür desək, “Karvan”ın qapısına verilməli olan penaltini görməyib.

Turun təhlili zamanı Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov həmin epizodun üzərində dayanaraq hakimlərin səhvə yol verdiyini deyib, onlara xəbərdarlıq edib.

Lakin turun ənənəvi dəyərləndirilməsi zamanı Rahim Həsənov epizodun üzərindən keçərək bunu bir növ ictimaiyyətdən gizli saxlamağa çalışıb.

Təəssüf ki, hakimliklə bağlı acınacaqlı vəziyyət hər ötən gün daha da iyrənc hal alır. Komandaların çempionatın həlledici mərhələsinə qədəm qoyduğunu nəzərə alsaq, növbəti həftələrdə hansı biabırçılıqların yaşanacağını təsəvvür etmək çətin deyil.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında