“Neftçi”nin ulduz oyunçusunun transferi ilə bağlı xəbərlərə reaksiya verdilər

1 Mart 19:25 Neftçi 2 226
“Neftçi”nin ulduz oyunçusunun transferi ilə bağlı xəbərlərə reaksiya verdilər

Sportinfo.az xəbər verir ki, Qazaxıstan “Aktobe”si “Neftçi”nin kamerunlu hücumçusu Vensan Abubakarı transfer etməyi düşünmür.

Qazaxıstan mediası əvvəllər “qırmızı-ağlar”ın 34 yaşlı hücumçuya maraq göstərdiyini bildirmişdi.

Lakin klub hücum xəttini gücləndirmək üçün Abubakarı bir seçim kimi nəzərdən keçirmədiyini açıqlayıb.

Buna görə də oyunçu Azərbaycanda oynamağa davam edəcək. Abubakar “Neftçi”də on oyunda dörd qol vurub.

Hücumçu əvvəllər “Valensiya”, “Loryan”, “Porto”, “Beşiktaş”, “Hatayspor” və Kriştianu Ronaldunun komanda yoldaşı olaraq “Əl-Nəsr” klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb