"Neftçi” rəhbərliyindən bu futbolçunun “Qarabağ”dan alınmasını istədi - SON DƏQİQƏ

13:00 Neftçi 898
"Neftçi” rəhbərliyindən bu futbolçunun “Qarabağ”dan alınmasını istədi - SON DƏQİQƏ

Millinin və «Qarabağ»ın müdafiəçisi Toral Bayramov növbəti mövsümə «Neftçi»də başlaya bilər.

Bu barədə paytaxt klubundan maraqlı məlumat əldə etmişik.

Redaksiyamıza daxil olan informasiyaya görə, Yuri Vernidub onun xidmətində maraqlıdır.

Baş məşqçi Ağdam komandasında əsas heyətə düşməyən cinah oyunçusunu öz sərəncamında görmək istəməsi barədə rəhbərliyi məlumatlandlrıb.

Ukraynalı çalışdırıcı Bayramovun transferi üçün qarşı tərəfin rəyinin öyrənilməsini tapşırıb.

O bildirib ki, Tora lən çox bəyəndiyi yerli futbolçulardan biridir və «Neftçi»yə gələrsə, arxa xəttin sol qanadının vazkeçilməz simasına çevriləcək.

"Qarabağ" yaxınlarda Jeremi Qnalini AEK-dən transfer edib. Kipr klubundan alınan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Fransalı legionerin gəlişindən sonra Toral Bayramovun ilk "11-lik"də yer almaq ehtimalı bir qədər də azalıb. Odur ki, "Xəzər Lənkəran"ın yetirməsinin yayda düşərgəni dəyişməsi gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti