Ünlü simanı “Neftçi” üçün havaya qaldıran təyyarə Bakıya endi - FOTO

20 İyun 2023 14:00 Neftçi 2 029
Ünlü simanı “Neftçi” üçün havaya qaldıran təyyarə Bakıya endi - FOTO

“Neftçi”nin baş məşqçisi olacağı gözlənilən Sərgən Yalçın artıq Bakıdadır.

Türkiyəli mütəxəssisi gətirən özəl təyyarə az öncə paytaxtımıza enib.

Meneceri ilə bərabər bura təşrif buyuran sabiq “Beşiktaş“lının axşam saatlarında klubun Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşü nəzərdə tutulub.

O, həmçinin “ağ-qaralar“ın şəraitini incələyəcək, müqavilənin şərtlərini üzbəüz söhbətdə müzakirə edəcək, hədəflərlə bağlı danışacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...