Regekamfp istəmədi, “Neftçi”nin idman direktoru sərt qərar verdi - VİDEO

5 Oktyabr 2022 14:00 Neftçi 1 443
Regekamfp istəmədi, “Neftçi”nin idman direktoru sərt qərar verdi - VİDEO

“Neftçi” rəhbərliyi İsmayıl Zülfüqarlını cəzalandırıb.

Buna səbəb gənc yarımmüdafiəçinin

“Qarabağ”la matçda yol verdiyi hərəkətdir. Belə ki, 64-cü dəqiqədə Ömər Buludovun yerinə meydana daxil olan orta sahə oyunçusu 86-cı dəqiqəsində Rəhman Hacıyevlə əvəzlənib.

Bu zaman o, baş məşqçi Lorentsiu Regekampfın qərarına sərt etiraz edib. Rumıniyalı çalışdırıcının qərarı ilə razılaşmayan İsmayıl əsəbi şəkildə əl-qolunu yelləyib və reklam lövhəsinə təpik vurub.

Klubun idman direktoru Zaur Əzizov bu davranışı ona bağışlamayıb. Onun göstərişi ilə Zülfüqarlıya böyük məbləğdə cərimə kəsilib.

Baxmayaraq ki, baş məşqçi İsmayılun davranışına normal münasibət bəsləyib. Hətta cərimə qərarını dəstəkləməyib.

O, gənc futbolçunun daha çox oynamaq istəyi ilə bu hərəkəti etməsini deyib. Əzizov isə rumıniyalıya anladıb ki, yerli oyunçuların psixologiyası fərqlidir, onları tanımaq lazımdır, eyni zamanda, legionerlələ müqayisə eləmək doğru deyil.

İdman direktoru bildirib ki, bu günr İsmayıla cəza kəsilməsə, sabah digər azərbaycanlı futbolçular da onun üzünə bozaracaq, qərarlarına saymazyana yanaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti