Regekampfın ürəyi bu klubdadır – Bəs "Neftçi"də niyə qalıb?

23 Sentyabr 2022 13:00 Neftçi 2 497
Regekampfın ürəyi bu klubdadır – Bəs "Neftçi"də niyə qalıb?

Rumıniya mətbuatı "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla bağlı yeni iddia ortaya atıb.

Yerli həmkarlarımız bu ilin iyununda Azərbaycana gələn mütəxəssisin "Styaua"nın gündəmində yer almasını açıqlayıb.

Mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Regekampf 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"ya rəhbərlik edib.

Komanda onun rəhbərliyi altında iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Digisport" nəşrinə danışan çalışdırıcı bildirib ki, klubun prezidenti Cici Bekali ilə bununla bağlı danışıqlar aparmayıb.

47 yaşlı mütəxəssis Bekalinin onun üçün yaxın dost və qardaş olduğunu deyib. Regekampf gələcəkdə "Styaua"nın baş məşqçisi ola biləcəyini istisna etməyib:

"Biz həmişə çox şeyi müzakirə edirik. Onun məsləhətləri hər zaman mənə kömək olur.

Əmin olun ki, komandanın sükanı arxasına keçəsi olsam, bunun üçün Bekali ilə danışıq aparmağa ehtiyac yoxdur. O, məni tanıyır. Bunu danışıqlarla yox, ürəkdən edirik".

"Styaua" variantının üzə çıxması təsadüfi deyil. buxarest təmsilçisi hazırda çətin perioddan keçir. Rumıniya Liqa 1-nin geridə qalan 9 turu "Styaua"nu hədəflərindən kifayət qədər uzaq salıb.

Çempionatda cəmi 1 qələbə əldə edən komanda 8 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Cici Bekali vəziyyətdən xilas olmağın yolunu axtarır və bir neçə məşqçi ilə əlaqəyə keçib.

Onlardan biri də Regekampfdır. "Neftçi"nin çalışdırıcısı yaxın tanışına "Styaua"nun çıxışını yaxından izlədiyini, komandanın düşdüyü duruma üzüldüyünü, bununla belə, yaxın tarixdə Azərbaycandan ayrıla bilməyəcəyini bildirib.

Regekampf bir gün "Styaua"a üçüncü dönüşünü reallaşdıracağını, ancaq Bakı klubunda kifayət qədər yüksək şərtlər altında çalışdığını, müqaviləni birtərəfli qaydada pozarsa, böyük təzminat ödəməli olacağını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti