
Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"yə uduzan "Aris" avrokuboklardakı çıxışını dayandırdı.
Sportinfo.az xəbər verir ki, Limassol klubunun kapitanı Delmiro instaqram hesabında "Neftçi"yə məğlubiyyəti nəzərdə tutaraq bunları yazıb:
"Dözümlülük, məğlub olduqdan sonra yenidən cəhd etməyə davam etmək bacarığıdır.
Yol boyu hər bir büdrəmə və ya uğursuzluq daha güclü etmək üçün mövcuddu".
Xatırladaq ki, "Aris" ilk oyunda evdə 2:0 qalib gəlsə də, Bakıda 0:3 uduzub.