"Neftçi" hər kəsin ümidlərini puç etdi, avrokuboklarla erkən vidalaşdı

12 Avqust 2022 01:04 Neftçi 1 189
"Neftçi" hər kəsin ümidlərini puç etdi, avrokuboklarla erkən vidalaşdı

"Neftçi" Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Avstriyada "Rapid" klubunun qonağı olub.

"Allianz" stadionunda keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə "Rapid"in futbolçusu Nikolas Gerrit-Kün qapıçı İvan Brkiçlə təkbətək çıxsa da, topu qapının yanından vurub.

"Neftçi" 20-ci dəqiqədə itki ilə üzləşib. Zədələnən Azər Salahlının yerinə meydana Mert Çelik daxil olub. 7 dəqiqə sonra Vyana təmsilçisi növbəti dəfə hesabı açmağa yaxın olub.

Ante Bayiçin zərbəsindən sonra top dirəyə dəyib. Ardınca, Mamadu Mbodj qola mane olub. Daha sonra Gerrit-Künün zərbəsi də qapı dirəyinə tuş gəlib.

37-ci dəqiqədə Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı Niklas Hedl imkan verməyib. 41-ci dəqiqədə "ağ-qaralar"ın təhlükəli hücumunda dəqiqlik çatmayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

İkinci yarının əvvəlində də meydan sahibləri ardıcıl hücumlar qurub. 58-ci dəqiqədə Sayef əks-hücum zamanı 100 faizlik qol şansını boşa verib.

Əvəzində 66-cı dəqiqədə "Rapid"in oyunçusu Marko Qrüll hesabı açıb.

71-ci dəqiqədə Sayef ikinci dəfə qapıçı ilə təkbətək qalsa da, bərabərlik qolunu vura bilməyib. 8 dəqiqə sonra Mboc topu qapı xəttindən çıxarmağa müvəffəq olub.

Qarşılaşmanın əsas vaxtı rəqibin 1:0 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub.

92-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, top qapı dirəyinə dəyib. 100-cü dəqiqə zədələnən Kenni Sayefi isə Azər Əliyev əvəzləyib.

6 dəqiqə sonra Mboc yerini Ömər Buludova verib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun qolu sayəsində fərqi artırıb.

Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" Konfrans Liqası ilə vidalaşıb.

11 avqust

"Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan) 2:0

Qol: Qrüll, 67, Druyf, 113

Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)

"Rapid": 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Gerrit-Kün, 9. Qvido Burqştaller, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger

Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 14. Aleksa Peyiç, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Kverfeld, 77. Draqolyub Saviç, 41. Bernhard Zimmerman

"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov

Vyana, "Allianz" stadionu

Digər Xəbərlər
Xəbər Lenti