Öncə “Xəzər Lənkəran”da, sonra “Qəbələ”də, indi də “Neftçi”də

9 Avqust 2022 09:00 Neftçi 2 059
Öncə “Xəzər Lənkəran”da, sonra “Qəbələ”də, indi də “Neftçi”də

Premyer Liqanın I turu Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi kimi çempionatdakı debütü ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Şamaxıda eyniadlı komanda ilə görüş rumıniyalının Premyer Liqada ilk matçı kimi tarixə düşüb.

Regekampf Azərbaycan çempionatları tarixinə 60-cı legioner baş məşqçi kimi düşüb. O, Premyer Liqada 3-cü rumın mütəxəssisdir. Bunadək Mirça Rednik “Xəzər Lənkəran”da, Dorinel Muntyanu “Qəbələ”nin sükanı arxasında olub.

“Neftçi” “Şamaxı” ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti