"Neftçi" Türkiyə klubu ilə matçda qələbədən məhrum oldu

6 İyul 2022 18:50 Neftçi 1 936
"Neftçi" Türkiyə klubu ilə matçda qələbədən məhrum oldu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib.

"The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı ilk hissədə "ağ-qaralar"ın yeni transferi Qodsvey Donyo açıb. "Sakaryaspor" ikinci hissənin sonlarında vurduğu qolla məğlubiyyətdən qaçıb.

"Neftçi" hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!