Rumıniyadan “Neftçi” rəhbərliyinə MƏSLƏHƏT: “Regenin uğur qazanması üçün...”

2 İyul 2022 20:00 Neftçi 3 197
Rumıniyadan “Neftçi” rəhbərliyinə MƏSLƏHƏT: “Regenin uğur qazanması üçün...”

“Neftçi”nin rumıniyalı baş məşqçisinin yeni komandasında nə dərəcədə uğurlu olacağı bu gün üçün əsas sualdır.

Laurentsiu Regekampfın gec – avrokubokların startına 1 ay qalmış təyin olunması böyük müəmmaya yol açıb.

Qısa müddətdə futbolçularla tanış olmalı, istədiyi kollektivi formalaşdırmalı və ən əsası, oyun fəlsəfəsini aşılamalıdır. Bu isə, müəyyən zaman tələb edəcək.

Avrokuboklarda mümkün uğursuzluqdan sonra Regenin futbolçuları Premyer Liqaya istədiyi kimi kökləyəcəyi də çətin görünür.

Vaxtilə ölkəmizdə legioner həyatı yaşamış, “Xəzər Lənkəran”ın formasını geyinmiş Adrian Pits Regenin təyinatı ilə bağlı Sportinfo.az-a açıqlama verib.

38 yaşlı futbolçu həmyerlisinin uğur qazanması üçün “Neftçi” rəhbərliyinə səslənib:

“Regenin iş metoduna bələdəm. Fikrimcə, “Neftçi” rəhbərliyi doğru seçim edib. Azərbaycanda uğur qazanacağına inanıram.

Burada bir vacib məqamı unutmayaq. Baş məşqçinin uğur qazanması üçün sərəncamında oyun fəlsəfəsinə uyğun gələn futbolçular olmalıdır.

Klubdakı əsas söz sahibləri Regenin siyahısında olan futbolçuları “Neftçi”y gətirsə və gətirə bilsə, uğur qazanmaq mümkün olacaq.

Məncə, baş məşqçi daha öncə rəhbərliyi altında oynayan bir neçə bacarıqlı oyunçuya ehtiyac duyacaq.

Futbolçular rumın da ola bilər, başqa ölkənin vətəndaşı da. Sadəcə, “Neftçi”nin hazırkı maliyyə imkanlarından xəbərim yoxdur”.

“Ağ-qaralar” yay fasiləsində 3 legionerin keçidini həll edib. Bunlar Ataa Caber, Qodsvey Donyo və Kenni Sayefdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!