“Neftçi”nin yeni transferinin qazancı haqda İDDİA DOĞRUDURMU? - VİDEO

23 İyun 2022 16:00 Neftçi 2 639
“Neftçi”nin yeni transferinin qazancı haqda İDDİA DOĞRUDURMU? - VİDEO

"Neftçi" yay fasiləsində ilk transferini gerçəkləşdirib.

Klubun rəsmi saytı Sportinfo.az-ın səhər saatlarında açıqladığı xəbəri az öncə rəsmən bəyan edib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/143062.html).

Bildirilib ki, Ataa Caber ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.

“Makkabi” (Hayfa, 2012 - 2017), “Bney Saxnin” (2015, 2017 - 2021) və “Aşdod”da (2021-2022) çıxış etmiş Caber 2015-2016-cı illərdə İsrailin U-21 millisinin üzvü olub.

O, 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb. Caberin son klubu "Aşdod"la müqaviləsi bu yay başa çatıb və o, buradan azad agent statusu ilə ayrılıb.

Israil mətbuatı “Neftçi”nin bu keçidə görə Caberə 150 min avro ödəyəcəyini iddia edib. Bu, sadəcə, iddiadır, həqiqət deyil.

“Ağ-qaralar” onunla dollar üzərindən anlaşıb. Yeni transfer burada keçirəcəyi ilk mövsümdə 200 min dollardan bir qədər artıq pul qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır