Samir Abasovun bu qərarı “Neftçi”nin futbolçularını özündən çıxartdı - 1000-ə görə ŞİKAYƏT

19 May 2022 22:20 Neftçi 2 021
Samir Abasovun bu qərarı “Neftçi”nin futbolçularını özündən çıxartdı - 1000-ə görə ŞİKAYƏT

“Neftçi”nin futbolçuları Samir Abasovdan klub rəhbərliyinə şikayətlənib.

Bu haqda Sportinfo.az-a məlumat daxil olub.

Verilən informasiyaya görə, komanda üzvlərinin narazılığı baş məşqçinin verdiyi qərarla bağlıdır. Belə ki, Premyer Liqanın 24-cü turunda keçirilən “Səbail”lə matça sərgilənən oyun Abasovun xoşuna gəlməyib və o, kollektivə cərimə kəsib.

Bayıldakı qarşılaşmada istirak edən oyunçuların hər biri 1:0 hesablı qələbəyə baxmayaraq, 1000 manat cərimələnib.

Bu məbləğin maaşdan tutulmasına etiraz eləyən “ağ-qaralar” rəhbərlikdən kömək istəyib. Yəni, Samir Abasovun raportu əsasında icra olunan pul tutulması ləğv edilsin.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"