"Neftçi"dən ayrıldı, Portuqaliya klubuna qayıtdı

27 Yanvar 2022 01:10 Neftçi 745
"Neftçi"dən ayrıldı, Portuqaliya klubuna qayıtdı

Qış fasiləsində "Neftçi"dən ayrılan Harramiz Soares karyerasını yenidən Portuqaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, San-Tome və Prinsipidən olan hücumameylli yarımmüdafiəçi sabiq klubu "Farense" ilə anlaşıb.

32 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalanacaq.

2014 - 2016-cı illərdə "Farense"nin formasını geyinmiş Harramiz Soares Portuqaliyanın “O Elvas” (2009 - 2010), “Aljustrelense” (2010 - 2011), “Uniao Montemor” (2011 - 2013), “Benfika B” (2013 - 2014), “Farense” (2014 - 2016), “Kovilya” (2016 - 2017), “Akademika” (2017 - 2018), “Tondela” (2018), “Mafra” (2018 - 2019), “Leyşoynş” (2019 - 2020) və “Eştoril” (2021) klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!