“Əgər Zaur Əzizov onunla əl-ələ versə, “Neftçi“də…“

22 Yanvar 2022 13:00 Neftçi 1 854
“Əgər Zaur Əzizov onunla əl-ələ versə, “Neftçi“də…“

“Ondan gözləntilər böyükdür“.

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"ndə iştirak edən “Neftçi“nin sabiq yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun qonağı olan keçmiş futbolçu Zaur Əzizovun “Qəbələ“nin baş meneceri postundan “Neftçi“nin idman direktoru vəzifəsinə gətirilməsinə münasibət bildirib.

O, sözügedən funksionerin yeni iş yerində uğur qazanacağına inamını ifadə edib.

Sitat: “Neftçi“də həmişə uğur istənilir. Azarkeşlər çox tələbkardır. İki-üç oyun uğursuz olan kimi hamı narazılıq edir. Burada gərək daim ehtiyatlı olasan.

Zaur müəllim uzun illər “Qəbələ“də çalışıb. Mən onu çoxdan tanıyıram.

O, hamı ilə səmimi münasibət qurur və diqqətli şəxsdir. İşlədiyi yerdə hörmət qazanmağı bacarır.

“Qəbələ“nin builki büdcəsi aşağıdır, amma onun gətirdiyi futbolçuların sayəsində komanda necə yaxşı çıxış edir, görürsüz. Özü də kifayət qədər aşağı məbləğə.

Zaur Əzizovun “Neftçi“də də yaxşı işlər görəcəyinə inanıram. Ya Samir Abasovla, ya onsuz…

Abasovun “Sumqayıt“da yaratdığı komanda hələ yadımdan çıxmayıb. Yaxşı məşqçidir.

Onlar əl-ələ versələr, “Neftçi“ yenidən avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacaq. Ən azından, Konfrans Liqasında qruppa düşəcəklər“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!