Mətbuat "Neftçi" ilə zarafat edib? – Klubdan imtina qərarına REAKSİYA

20 Yanvar 2022 17:40 Neftçi 2 247
Mətbuat "Neftçi" ilə zarafat edib? – Klubdan imtina qərarına REAKSİYA

"SSKA 1948"lə oynayacağımızı mətbuat yazmışdı, indi də rəqibin imtina etdiyi yazılır".

Bunu Sportinfo.az-a açıqlamasında Bolqarıstan təmsilçisinin "Neftçi" ilə oyundan imtina etməsi qərarına münasibət bildirən klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib

Klub rəsmisi adıçəkilən klubla "Neftçi" arasında yoxlama oyunu olacağını heç vaxt rəsmi açqlamadıqlarını və növbəti rəqib axtarışlarının hələ də davam etdiyini sözlərinə əlavə edib:

"Ümumiyyətlə, Bolqarıstan təmsilçisi ilə rəsmi nəsə olmamışdı ki, imtina da etsinlər.

Biz klub olaraq həmin rəqiblə yoxlama görüşü keçirəcəyimizi heç vaxt açıqlamamışıq. Yalnız iki rəqiblə oynayacağımız barədə məlumat vermişik. Üçüncu görüş üçün isə rəqib axtarılır".

Mətbuatda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstan "SSKA 1948"lə oynayacağı yazılmışdı.

Dünən isə Bolqarıstan klubunun saytı texniki səbəblərlə əlaqədar bu görüşdən imtina etdiklərini açıqlamışdı.

"Neftçi" Antalyada artıq 2 yoxlama oyunu keçirib. Komanda Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı, Polşa "Visla"sı (Plotsk) ilə 1:1 hesablı heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar