“Neftçi”nin oyununda dava düşdü, yeni transferi döymək istədilər

19 Yanvar 2022 18:00 Neftçi 2 368
“Neftçi”nin oyununda dava düşdü, yeni transferi döymək istədilər

“Neftçi”nin yoxlama görüşündə Plots “Visla”sı ilə qarşılaşmasında gərgin anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Antalyadakı görüşdə əvvəlcə Mert Çelik, ardından isə Eddi İsrafilov polşalı futbolçu ilə sərt mübahisəyə girişib.

Xüsusən də, 77-ci dəqiqədə İsrafilovun “baş rolda oynadığı” epizod diqqətçəkən olub.

Rəqibin yarımmüdafiəçisi Rafal Volskinin kobud müdaxiləsindən sonra ayağa qalxaraq onun üzərinə şığıyan “Neftçi”nin yeni transferi sinəsi ilə qarşılıq verib. Cütlük arasında yaranan münaqişəyə digər oyunçular da qoşulub.

Hətta “Visla”nın bir neçə oyunçusu Eddini vurmağa da cəhd edib.

Vəziyyətin böyüməsindən narahatlıq keçirən klub rəsmiləri və texniki zonadakı oyunçular da meydana daxil olaraq aranı sakitləşdiriblər. Görüşü idarə edən hakim isə hər iki futbolçuya sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"