Samir Abasov "Neftçi"yə qiymət verdi: "PİS DEYİLDİ"

15 Yanvar 2022 02:00 Neftçi 591
Samir Abasov "Neftçi"yə qiymət verdi: "PİS DEYİLDİ"

"Hansısa oyunçunu fərqləndirmək, onun haqqında danışmaq istəməzdim.

Çünki ilk növbədə, bu gün maraqlı oyun alındı, digər tərəfdən, həddindən artıq hərəkətli oynadıq ki, bu da bizə xoş oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlamasında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, ilk həftədəcə və davam edən yükləmələrdən sonra bu cür hərəkətli çıxış etmək komandası üçün xoş siqnal olub:

"Bu gün həm gənc futbolçularımız yaxşı idi, həm də komanda şəklində pis deyildik.

Bəzi boşluqlar var idi ki, onları da oyundan sonra komanda ilə birlikdə müzakirə edəcək, araşdıracağıq. Amma ilk oyun üçün pis deyildi".

Bununla yanaşı, Abasov komandamızın bütün oyunçularının müxtəlif səbəblərdən heyətə qoşula bilməmələrindən təəssüfünü ifadə edib:

"İstəyimiz onların birgə olmaları idi. Amma əlimizdən gələn bir şey yoxdur".

"Neftçi" növbəti yoxlama oyununu yanvarın 19-da Polşanın “Visla” (Plotsk) komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti