“Neftçi” macarlara məğlubiyyətdən xilas oldu

14 Yanvar 2022 19:00 Neftçi 1 065
“Neftçi” macarlara məğlubiyyətdən xilas oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu “Kişvarda” ilə üz-üzə gəlib.

Son çempionun Macarıstan təmsilçisi ilə matçı “Emirhan Sports Complex Side” sadionunda olub.

Görüşə sürətli başlayan macarlar erkən qollarla 2:0 önə keçib. Lakin bakılılar məğlubiyyətdən qurtulmağı bacarıb. İlk yarının sonlarında fərqi azaldan təmsilçimiz ikinci hissədə status-kvonu bərpa edib - 2:2.

Yanvarın 25-dək Antalyada toplanışda olacaq “Neftçi” ayın 19-da “Visla” (Plotsk, Polşa), 24-də isə “MOİK 1948”lə (Bolqarıstan) qarşılaşacaq.

“Neftçi” – “Kişvarda” (Macarıstan) - 2:2

Qollar: Emin Mahmudov, 42, Ramin Nəsirli, 71
Antalya. “Emirhan Sports Complex Side” stadionu

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu