“Neftçi” içki düşkünü olan qapıçını gətirməyə hazırlaşır?

13 Yanvar 2022 15:00 Neftçi 3 565
“Neftçi” içki düşkünü olan qapıçını gətirməyə hazırlaşır?

Qapıçı problem ilə üzləşən “Neftçi”nin seçim imkanı məhdudlaşıb.

Legioner limiti səbəbindən “çərçivə”ni əcnəbiyə tapşırmaq istəməyən bakılıların “Zirə”dən Anar Nəzirovu heyətinə qata bilmədiyini xəbər vermişik.

“Sumqayıt” da Aydın Bayramova görə gələn icarə təklifini geri çevirib.

“Ağ-qaralar” bu dəfə Andrey Popoviçi hədəf alıb 2011-2016-cı illərdə Azərbaycanın U-21 və əsas yığmalarının formasını geyinmiş kiper hazırda Ukraynanın aşağı liqasında çıxış edir,

"Bakı", "Sumqayıt", "Turan Tovuz" və "Qəbələ"nin şərəfini qorumuş “əlcək sahibi” ötən ilin yayında “Minay”dan “FC LNZ Cerkasi”yə keçib.

Popoviçin Azərbaycanda olduğu müddətdə içki düşkünü kimi özünü tanıtması “Neftçi” rəhbərliyini bir qədər qayğılandırsa da, o, bu pis vərdişdən uzaqlaşmasını iddia edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!