Zenqa "Neftçi"nin yerli futbolçularından razı, legionerlərdən narazıdır

5 Dekabr 2021 13:00 Neftçi 1 339
Zenqa "Neftçi"nin yerli futbolçularından razı, legionerlərdən narazıdır

«Neftçi»nin baş məşqçi postuna əsas namizəd olan Valter Zenqa komandanın yerli futbolçuları barədə müsbət rəy verib.

Bakılıların son 1 ildə keçirdiyi oyunları incələyən italiyalı çalışdırıcı onların səviyyəsinin yüksək olması qəanətinə gəlib.

«Ağ-qaralar»ın həm Premyer Liqada, həm də avrokuboklarda keçirdiyi matçların grüntülərini izləyən 61 yaşlı mütəxəssis klub rəsmiləri ilə söhbətində bununla bağlı fikirlərini bölüşüb.

Apenninli sükançı bildirib ki, gördükləri əsasında onda Azərbaycan çempionatı barədə təsəvvür formalaşıb. Zenqa komandanın ötən mövsüm məhz yerli oyunçuların sayəsində qızıl medallar qazandığını qeyd edib.

İtaliyalı deyib ki, çempionluğa gedən yolda azərbaycanlı futbolçuların əziyyəti legionerlərdən daha çoxdur. Hazırda Dubayda yaşayan məşqçi yayda transfer olunan əcnəbilərdən bir neçəsinin «Neftçi»nin iddialarına cavab vermədiyini qeyd edib.

Samir Abasova aylıq 20 min manat maaş verən bakılı rəsmilər apeninli tanınmışa illik 500 min avro ödəməyə hazırdır.

Sonuncu dəfə 2020-ci ildə «Kalyari»nin başında dayanmış Zenqa onlardan komandanın son 6 ayda keçirdiyi oyunların diskini istəyib.

O, futbolçularla bağlı məlumat toplamağa başladığını söyləməklə, bakılı rəsmilərin bu izdivacın gerçəkldəşə biləcəyinə ümidləndirib.

Müşahidə Şurası dekabrın sonunda növbəti dəfə bir araya gələcək. Və orada komandanın durumuna dair yekun qərar veriləcək.

Baş məşqçi dəyişikliyi son 2 turdakı nəticələrə və turnir cədvəlinə bağlıdır.

«Sumqayıt» və «Qəbələ» üzərində qələbə əldə edilərsə, həmçinin lider «Qarabağ»la aradakı xal fərqi azalarsa, onda Samir Abasov növbəti dəfə rəhbərlikdən möhlət alacaq.

Başqa cür olsa… Qapının ağzındakı Zenqa «Neftçi»nin futbolçularını salamlamaq üçün bazanın içərisinə ayaq basacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti