“Neftçi”də baş məşqçi problemi müzakirə olundu və..

24 Noyabr 2021 23:40 Neftçi 872
“Neftçi”də baş məşqçi problemi müzakirə olundu və..

Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, onlayn şəkildə təşkil olunmuş yığıncaqda komandanın son nəticələri və baş məşqçi Samir Abasovla hazırkı durum müzakirə edilib.

Sportinfo.az xəbər verir ki, Müşahidə Şurasının üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda baş məşqçiyə dəstək verən üzvlər Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!