"Neftçi"dən bir dönüş… GECƏNİN FOTOREPORTAJI

24 Oktyabr 2021 17:20 Neftçi 565
"Neftçi"dən bir dönüş… GECƏNİN FOTOREPORTAJI

Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Matçdan öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlu anılıb, stadionun tablolarında onun həyat yolundan bəhs edən sujet nümayiş olunub.

Görüş isə 1 dəqiqəlik sükutla başlayıb.

Bundan başqa, "Neftçi"də 100-cü oyununa çıxan qapıçı Aqil Məmmədov mükafatlandırılıb. 32 yaşlı qolkiperə mükafatı flaqmanın prezidenti Kamran Quliyev təqdim edib.

Oyuna gəlincə, hesab erkən qolla açılıb. 6-cı dəqiqədə Ağabala Ramazanov qonaqları önə keçirib. 39-cu dəqiqədə Sezar Meza Kolli "ağ-qaralar"ın bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Mirabdulla Abbasov qoyub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Neftçi" 2-ci pillədəki mövqeyini qoruyub. 12 xalı olan "Zirə" isə 3-cü sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti