"Neftçi"dən xəbər verdi: "Biz də əlimizdən gələni edəcəyik"

14 Oktyabr 2021 13:40 Neftçi 616
"Neftçi"dən xəbər verdi: "Biz də əlimizdən gələni edəcəyik"

"Neftçi" Premyer Liqanın ilk dövrəsinin son turunda Sumqayıta səfər edəcək.

Sportinfo.az xəbər verir ki, bakılılar oktyabrın 17-də "Kapital Bank Arena"da "Sumqayıt"la üz-üzə gələcək (matç saat 16:30-da başlanacaq).

"Ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov bütün oyunların komandası üçün çətin keçdiyini bildirib:

"Sumqayıt"la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var.

Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti