“Bugünədək “Neftçi”də heç bir sıxıntım olmayıb"

24 Sentyabr 2021 11:00 Neftçi 716
“Bugünədək “Neftçi”də heç bir sıxıntım olmayıb"

"Təbii ki, başqa ölkəyə gəlmək - yeni şəhər, yeni komanda, yeni ab-hava deməkdir.

Amma bugünədək heç bir sıxıntım olmayıb".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Tiaqo Bezerra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

34 yaşlı braziliyalı hücumçu bildirib ki, Azərbaycan karyerası dil sarıdan da onun üçün çox rahatdır:

"Üstəlik, komandada portuqalca və fransızca danışan futbolçular var. Çox şanslıyam. İlk gəldiyimdən bu günədək problem yaşamamışıq. Belə də davam edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti