"Bütün komandalar "Neftçi"yə qarşı daha stimullu olur"

23 Sentyabr 2021 17:20 Neftçi 646
"Bütün komandalar "Neftçi"yə qarşı daha stimullu olur"

"Hazırlıq plan üzrə gedir. Qarşıdakı oyuna hazırlaşırıq, hər şey yaxşıdır.

Harramiz Soaresdən başqa hamı yerindədir, digərlərinin zədəsi yoxdur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının V tur oyunundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis qarşıdakı görüşdə rəqibin də uduzmaq istəmədiyini bildirib: "Maraqlı oyun olacaq. "Sabah"a qarşı bundan əvvəlki qarşılaşmalar da maraqlı alınıb.

Rəqibimizin hələ qələbəsi yoxdur, 3 xal üçün əllərindən gələni edəcəklər. Həm də bütün komandalar "Neftçi"yə qarşı daha stimullu olur.

Biz də buna hazırıq. Əsas odur ki, heyətimiz tamdır və futbolçularda hər şey qaydasındadır. Ən yaxşı şəkildə hazır olanlar "Sabah"la matçda meydana çıxacaq".

Sentyabrın 26-da keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı