“Neftçi”də bu fürsəti ilk dəfə qazandı: “Mən də istəyərdim ki...”

4 Avqust 2021 11:00 Neftçi 1 420
“Neftçi”də bu fürsəti ilk dəfə qazandı: “Mən də istəyərdim ki...”

"İlk oyunuma görə çıxışım pis deyil.

Təəssüf ki, bu debüt qələbə ilə yekunlaşmadı. Mən də istəyərdim ki, qələbə qazanaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin qapıçısı Kamran İbrahimov Bakıda Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu haqda deyib.

22 yaşlı qolkiper qarşılaşma ərzində top buraxmaq istəmədiyini bildirib: "Bu, alınmadı. İkinci matçda daha yaxşı oynayaraq qələbə qazanmağa çalışacağıq.

Birinci qolda cərimə meydançasında qarışıqlıq yarandı. İkinci qolda isə topu isə çıxartdım, amma rəqibin ikinci cəhdində top qapımıza daxil oldu".

İbrahimov 17-ci dəqiqədə zədələnən Aqil Məmmədovun yerinə meydana daxil olub. O, komanda yoldaşının durumu barədə məlumatsız olduğunu söyləyib:

"Hələlik Aqili görməmişəm. Cavan görüşündə kimin oynaması özünün durumundan asılı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti