"Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz" - "Neftçi"nin serbi

3 Avqust 2021 23:30 Neftçi 662
"Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz" -  "Neftçi"nin serbi

"Çətin oyun oldu. Rəqib oyuna yaxşı hazırlaşmışdı və komplekləşmiş kollektivdir.

Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz. Müdafiədəki səhvlər həm də yarımmüdafiəçilər və hücumçulardan asılıdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin serbiyalı futbolçusu Voyislav Stankoviç Bakıda Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

34 yaşlı müdafiəçi cavab qarşılaşmasında yaxşı nəticəyə ümid etdiklərini sözlərinə əlavə edib:

"Müasir futbolda bütün komanda müdafiə olunmalıdır. Orta xəttdə boşluqlar verdik. Rəqib isə böyük qüvvə ilə hücuma keçirdi.

Belə olan halda səhvlər baş verir. Bunun üzərində işləyəcəyik. Ümid edirəm ki, cavab matçında bu səhvlər aradan qalxacaq və sevinən tərəf biz olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti