Yeni idarəçi gəldi, “Neftçi”nin baş məşqçi postunu tərk etdi

24 İyul 2021 17:35 Neftçi 3 357
Yeni idarəçi gəldi, “Neftçi”nin baş məşqçi postunu tərk etdi

“Neftçi” Futbol Akademiyasında islahatlar başlayıb.

Sportinfo.az-ın məlumatına görə, Rəşad Abdullayev 19 yaşlılardan ibarət komandanın baş məşqçi postunu tərk edib.

Bunun indi yaşanması təsadüfi deyil. Akademiyanın baş koordinatoru vəzifəsinə Elşad Əhmədov gətirilib və yeni rəhbərin gəlişi artıq öz təsirini göstərməkdədir.

Abdullayev yoluna əvəzedici komandada köməkçi məşqçi kimi davam etdirəcəksə, akademiyada çalışan bəzi mütəxəssisləri həm yerdəyişmə, həm də işini itirmək riski gözləyir.

“Sabah”dan geri qayıdan Əhmədov onadək burada çalışan bəzi məşqçilərin fəaliyyətindən narazıdır.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda