"Neftçi" Malta və İranda oynamış brazilyalıya təklif göndərdi

22 İyun 2021 20:20 Neftçi 2 248
"Neftçi" Malta və İranda oynamış brazilyalıya təklif göndərdi

"Neftçi"nin heyətinə qatmaq istədiyi növbəti əcnəbi futbolçunun kimliyi məlum olub.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, son çempion Braziliyalı mərkəz müdafiəçisi Eduardo Mançha ilə danışıqlar aparır. Ona iki illik müqavilə təklif olunub.

Son klubu Portuqaliyanın "Farense" klubu olan 25 yaşlı müdafiəçi "Seara" komandasının yetirməsidir. O, son mövsüm 22 oyunda meydana çıxıb və 2 qol vurmağı bacarıb.

Eduardo Portuqaliya təmsilçisindən başqa İranın "Maşın Sazi", Maltanın "Birkirkara" komandalarının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda