Savo Miloşeviç "Neftçi"dən hansı futbolçunu bəyəndi?

22 İyun 2021 16:20 Neftçi 1 432
Savo Miloşeviç "Neftçi"dən hansı futbolçunu bəyəndi?

"Artıq başqa peşədəyəm, fərqli iş görürəm. Avropanın 3 böyük çempionatında oynamışam. Bununla qürur duyuram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Olimpiya"nın (Lyublyana) baş məşqçisi Savo Miloşeviç "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçı haqda deyib.

48 yaşlı mütəxəssis oyunçularının yorğun olduğunu bildirib:

"Ona görə iki fərqli heyətlə çıxış etdik. Əslində toplanışın ilk günlərində belə güclü komanda ilə qarşılaşmağı sevmirəm.

Amma nə etmək olar? Bu görüş mənim təyinatımadək danışılmışdı. "Neftçi" çox keyfiyyətli, səviyyəli oyunçulardan qurulmuş komandadır. Sevinirəm ki, sonadək dözə bildik".

Serbiyalı baş məşqçi "ağ-qaralar"ın heyətində Yusif Lavalın çıxışını bəyəndiyini söyləyib ("Neftçi"TV).

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?