"Onun "Neftçi"də qalıb-qalmayacağına hələ qərar verilməyib"

21 İyun 2021 22:20 Neftçi 1 214
"Onun "Neftçi"də qalıb-qalmayacağına hələ qərar verilməyib"

"Neftçi" Stiven Monrozla bağlı qərarını hələ də verməyib.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Sitat: "Monrozun müqaviləsi "Neftçi" ilə bitib. Futbolçu hazırda öz vətənindədir. Onun komandada qalıb-qalmayacağı barədə məşqçilər konkret qərar verməyib. Gözləyirik, məşqçilər qərar verəndən sonra biz də rəsmi paylaşım edəcəyik".

Xatırladaq ki, fransalı yarımmüdafiəçi 2019-cu ildən "Neftçi" forması geyinir. O, son mövsüm 17 oyunda meydana çıxıb və 2 dəfə fərqlənməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?