"Neftçi"də transferləri ancaq o edəcək – Baş məşqçi prezidenti "bazar"dan uzaqlaşdırır

4 May 2021 15:00 Neftçi 1 467
"Neftçi"də transferləri ancaq o edəcək – Baş məşqçi prezidenti "bazar"dan uzaqlaşdırır

Samir Abasovun yeni mövsümdə də «Neftçi»də qalması üçün irəli sürdüyü şərtlərdən birini yaxınlarda açıqlamışdıq.

Bildirmişdik ki, ötən ilin noybrından burada fəaliyyətə başlayan mütəxəssis minimum 5 transfer istəyib.

Qeyd etmişdik ki, onun üzərində ən çox dayandığı mövqe hücumdur. Çalışdırıcı irəli xəttə 2 legionerin alınmasını tələb edib.

Abasov həmçinin müdafiənin sol, yarımmüdafiənin sağ cinahına əcnəbi futbolçuların gətirmyi planlaşdırır. Baş məşqçi mərkəz müdafiəçisi transfer etməyin tərəfdarıdır.

Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, S.Abasov düşərgəyə gələcək legionerləri yalnız özünün seçəcəyinə dair şərt irəli sürüb.

Bu, əslində, nə deməkdir? O deməkdir ki, Kamran Quliyev və başqaları seleksiya məsələlərinə qarışmayacaq. Bəli, bu, artıq yenilik, hətta deyərdik ki, inqilabi addım olacaq!

2018-ci ilin yayından – Kamroan Quliyev prezident postuna təyinat almasından 3-4 ay sonra burada transfer bazarlığına nəzarəti öz əlinə alıb.

Bəllidir ki, o, görəvə gələndən bəri klubda çox şeyi əlinə alıb, amma bu məsələdə xüsusən fəaldır. Roberto Bordini baş məşqçi postuna təyin etdiyi gündən futbolçu məsələsində əsas «göz»ə çevrilib.

Təklif olunan əcnəbi oyunçuların seçimlməsində və danışıqlar prosesinin aparılmasında birbaşa iştirak edib.

Ötən müddət ərzində komandaya kim(lər) götürülbsə, hamısında söz sahibi olub. Kimi istəyib, məşqçilər götürüb. Yəni, Quliyevin razılığı alınmadan bir nəfərlə belə, müqavilə imzalanmayıb.

Ahmed Ahmedov və Keysuke Honda - bu ikili də Samir Abasovun fikri soruşulmadan komandaya cəlb olunub. Baş məşqçiyə onlarla anlaşma əldə edilməsi barədə yalnız son anda bilgi verilib.

Onun nəzərinə çatdırılıb ki, bolqarıstanlı hücumçu və yaponiyalı yarımmüdafiəçi SOCAR-ın seçimidir. Burada klubun kuratorları - Mikayıl İsmayılovla Zaur Qəhrəmanovun adı hallandırılıb.

Yəni, Abasova mədəni sürətdə başa salıblar ki, qərar «yuxarı»nındır, qəbul eləsən də budur, qəbul eləməsən də.

Bu gün isə görünür, Abasovun iştahası və özgüvəni artıb. Niyə də yox? Komandası çempionluq uğrunda mübarizənin final mərhələsindədir və onunla müqavilənin uzadılacağına əmindir.

Fikirləşir ki, əsl məqamdır, mən indi tələblərimi irəli sürməsəm, bəs bunu nə vaxt edəcəm? Başa düşür ki, nə qədər yeri istidir, ayağını yerə bərk basmalı, inad etməlidir.

Həyatdır da, bugünün işini sabaha saxlasa, dəngələr yenidən dəyişə, onun əleyhinə istiqamət ala bilər. Axı bura «Neftçi»dir və istənilən məşqçinin müqəddəratını nəticə müəyyənləşdirir. Göstəricilər göz oxşayırsa, qalacaqsaan, pisdirsə, getməlisən.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"