200 min dollar ödə, Sabir Buqrini Azərbaycanda saxla!

18 Aprel 2021 11:40 Neftçi 4 270
200 min dollar ödə, Sabir Buqrini Azərbaycanda saxla!

Sabir Buqrinin Azərbaycanda qalmaq üçün istədiyi məbləğ olub.

Belçikalı yarımmüdafiəçinin ürəyindən keçən illik ödəmə 200 min dollardır.

Ötən ilin yayında «Düdelanj»dan «Neftçi»yə gələn legionerin burada aylıq qazancı 7000 dollar təşkil edir. Onun «ağ-qaralar»la sözləşməsi gələn mövsümün axıranadək qüvvədədir.

Bakılılar istəyir ki, Sabirlə anlaşmanı daha 3 il müddətinə uzatsınlar. Sadəcə, Sabir əvvəlki şərtlərlə imzasını yeniləmək niyyətindən uzaqdır.

Belçikalı yenidən Avropaya qayıtmaq fikrindədir və bununla bağlıı menecerlerlə sıx təmasdadır. Artıq ona bir neçə təklif də gəlib.

Buqrin «Köhnə dünya»dan onunla maraqlananların olması haqda klub rəsmilərini də məlumatlandırıb və üstünlüyü onlara verəcəyini də etiraf edib.

Sabiri Azərbaycanda saxlaya biləcək yeganə güc mərkəzi puldur. «Neftçi» orta sahə oyunçusu ilə müqaviləni uzatmaq istəyirsə,

2022-ci ilin yayını gözləməməlidir, elə bu ilin iyulundan etibarən maaşını artırmalıdır.

Əks halda, alternativ variant işə düşəcək. Bu isə aydındır – söhbət «Qarabağ»dan gedir. Qurban Qurbanov hələ «Dudelanj»dan yaxşı tanıdığı yarımmüdafiəçini öz sərəncamında görmək istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?