Kamran Quliyevlə Zaur Qəhrəmanov göstəriş verdi – Baş məşqçini vurun!

2 Mart 2021 13:00 Neftçi 1 464
Kamran Quliyevlə Zaur Qəhrəmanov göstəriş verdi – Baş məşqçini vurun!

Samir Abasov gözdə-qulaqda, bir az da ehtiyatlı olsun.

Bu gün ondan bunu tələb edir. Sabah heç də yaxşı açılmaya, günəş onu salamlamaya bilər.

Gözlərini gözünün içinə zilləyə-zilləyə arxasından iş çevirirlər. Düşərgədən müəyyən bilgi axını var bununla bağlı bizə.

Qrmızı düymə basılıb: əleyhinə kampaniya aparılmasına razılıq verilib. Bəlkə də Abasovun heç nə vecinə deyil. Və ola bilsin, nə sosial media ilə maraqlanır, nə də medianın müxtəlif kəsimləri ilə.

Böyüməyibsə, vay halına! Bura «Neftçi»dir və o, özünü «Sumqayıt» və «Zirə»dəki kimi aparmamaldır.

Getsə, Azərbacanda bir də «Netçi» kimi imkanlı və iddialı klubda işləməyəcək. Olsa-olsa, ortabab komandadardan birinə getsə. Əgər onda da gedə bilsə.

Bu minvalla, hazırkı iş yerini də tezliklə tərk edəcək. Kamran Quliyevin onun soyuduğunu hiss etməlidir. «Neftçi»nin internet kanalı baş məşqçi haqda tənqidlərə açıqdırsa, necə fikirləşmək olar ki, klub prezidentinin bundan xəbərri yoxdur?

İnanmaq mümkün deyil ki, İsmayıl Abdullayev və qonaqları Abasovun ünvanına atmacalar işlətsin, Quliyev bilməsin və eşitməsin. Özü də bu, dönə-dönə təkrar edilirsə, deməli,

Samir bəy zərbənin haradan gəlməsini müəyyənləşdirməkdə çətinlik çəkməməlidir. Klub kanalı baş məşqçinin əleyhinə kampaniyada bu və ya digər formada, yaxından və uzaqdan iştirak edirsə, başqalarının özünə əl qatması təəccüb doğurmamalıdır.

Özgə vaxt niyə olmurdu bu? Bütün bunların indi baş verməsi və hər ötən gün tənqid dalğasının bir neçə metr yuxarı qalxması, ən vacibi, klub rəhbərliyinin prosesi xeyli kənardan izləməsi, müdaxilə cəhdində bulunmaması bir məqsədin qulluqcusudur – Samir Abasovun «qurbanlıq» etmək.

«Neftçi»TV-nin antiSamir təbliğatında iştirakı Zaur Qəhrəmanovun – «SOCAR Türkiyə»nin prezidentinin də komandanın çıxışından narazılığının bariz nümunəsi sayıla bilər.

Heç kimə sirr deyil ki, bu kanalın yaradıılması ideyası onun tərəfindən dəstəklənib, maliyyə mənbəyi özüdür. Qəhramanovun cari mövsümlə bağlı hədəfləri müəyyənləşdirən şəxs olması da məlumdur.

O, kubok tələb etmişdi, gəl ki, ¼ final mərhələsində hədəfdən uzaqlaşdılar. Premyer Liqada da çempionluq yolu bir o qədər işıqlı görünmür. Qəhrəmanov dediklərini yerinə yetirməyən Abasova etimadı olsaydı, heç şübhəsiz, kampaniyada yer almazdı.

Kamran Quliyevin də bunda maraqlı olması özünü qorumaq, təmizə çıxarmaq niyyətindən irəli gəlir. Klub prezidenti vəzifəsində qalmaqdan ötrü növbəti mümkün uğursuzluğun mənfi təsirindən qaçır.

AFFA və SOCAR-a göstərməyə çalışır ki, o, yalnız öz işi ilə məşğuldur, vəzifəsinin öhdəsindən gəlməyən Samir Abasovdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"