Samir Abasov "Neftçi"nin prezidentinə YENİ QADAĞA QOYDU!

26 Yanvar 2021 16:00 Neftçi 1 261
Samir Abasov "Neftçi"nin prezidentinə YENİ QADAĞA QOYDU!

«Neftçi»nin baş məşqçisi Samir Abasov yeni qayda tətbiq edib.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyinin oyundan əvvəl və sonra paltardəyişmə otağına daxil olmasına qadağa qoyub.

Yalnız vitse-prezident Elnur Eyvazov istisnadır.

Çalışdırıcı həmçinin rəsmilərin futbolçularla ayrı-ayrılıqda görüşməsinə də icazə verməyib.

Bu, Samir Abasovun Kamran Quliyevi yaxşı tanımasına görədir. Axı onlar «Sumqayıt»da bir yerdə işləyiblər. Quliyev «kimyaçılar»ın prezidenti olduğu illərdə vədlərinə dəfələrlə xilaf çıxıb.

Bu hallar xüsusən qələbə qazanılan oyunlardan sonra yaşanıb. Belə ki, Kamran bəy paltardəyişmə otağına gələrək, yüksək mükafat vəd edib, amma çox vaxt bunun əksi olub.

Quliyev «Neftçi»yə gələndən sonra da xasiyyətini dəyişməyib. «Sumqayıt»dakı problemlər burada da baş qaldırıb və təkrarlanıb. Odur ki, Abasovun mətbuata açıqlamasında «komanda üzərində «Domokl qılıncı» özüməm» deməsi təsadüfi deyil. pir onundur, kəramətinə də bələddir.

Samir bəyin məlumudur ki, əksər futbolçular klub prezidentinə antipatiya bəsləyir. Buradpa sevilməyən 2-3 nəfər varsa, biri də Quliyevin özüdür.

Doğrudan da, bir rəhbər şəxs nə qədər yalan vədlər verər, sözünün arxasından qaçar? Bunun bir əndazəsi, sərhədi, çərçivəsi olmalıdır da.

Təəssüf ki, futbola gələnə kimi «kabelşik» fəaliyyəti ilə məşğul olan Quliyev mənfi xüsusiyyətindən imtina etməyi bacarmır.

«Neftçi»də maliyyə məsələlərinə nəzarət Elnur Eyvazovdadır. Ümumiyyətlə, əsl səlahiyyət yiyəsi də odur. Kamran Quliyev gündə yüz fikrə düşə, yüz vəd verə bilər, amma o, razılaşmasa, biri də olmaz.

Burada yazılmamış qayda belədir: Eyvazovun razılığı, imzası olmalıdır ki, büdcədən 1 manat çıxsın, ya çıxmasın. Elnur bəy hər şeyin yerini bilən, yerli-yataqlı iş görən şəxsdir.

Bunu futbolçular da, yeni baş məşqçi də görür və qəbul edir. Odur ki, Eyvazov özünü ağır bəylər kimi aparır, komanda üzvləri ilə məsafəli davranır, hörmət saxlayır, aranı açmır.

Digər Xəbərlər
Xəbər Lenti