"Neftçi"nin legioneri: Bu, bizim üçün daha faydalı olacaq"

17 Yanvar 2021 22:40 Neftçi 685
"Neftçi"nin legioneri: Bu, bizim üçün daha faydalı olacaq"

"Hazırlıqlarımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.

Braziliyalı sol cinah müdafiəçisinin sözlərinə görə, indiki məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: "Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq".

"Keşlə" ilə yoxlama matçında (4:3) dubl edən Tallison komandaya kömək etdiyi üçün şad olduğunu bildirib:

"Sevindirici haldır ki, son oyunda 2 qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orada etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda