"Neftçi"dən çox şey gözləyirəm - Mən belə şeyləri çox görmüşəm"

17 Yanvar 2021 09:40 Neftçi 896
"Neftçi"dən çox şey gözləyirəm - Mən belə şeyləri çox görmüşəm"

"Digər klublar öz oyunlarını axtarmağa çalışırdılar.

"Neftçi"nin özündən məşqçi dəyişikliyi oldu və bundan sonra komanda birinci yerdə gedir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycanın tanınmış futbol müətəxəssisi Ağasəlim Mircavadov deyib.

O, Samir Abasovdan gəlişindən sonra qış fasiləsinə çempion kimi gedən "Neftçi"ni qarşıda çətin mübarizə gözlədiyini söyləyib:

"Amma oyunlarını tapmaq vaxt tələb edir. Belə şeyləri çox görmüşəm. Samir Abasova özü istədiyi oyunçular da lazımdır.

"Neftçi"dən çox şey gözləyirəm. Hazırda komanda liderdir. Bu yeri saxlamaq üçün hər tərəfli hazır olmaları lazımdır. Əsasən də psixoloji.

Futbolçularda təzyiq olmamalıdır. Oyunlara sakit çıxmalıdılar. İnam olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”