Hakimləri bu sözlə “sancdı”: "Futbol kişi oyunudur"

13 Fevral 23:00 Müsahibə 493
Hakimləri bu sözlə “sancdı”: "Futbol kişi oyunudur"

"Kəpəz"in müdafiəçisi Yeqor Xvalko Premyer Liqanın 22-ci turunda "Səbail"ə 1:4 hsablı məğlubiyyətdən sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun haqda fikirləriniz necədir ?

- Prinsipcə, birinci hissədə yaxşı oyandıq. Üstünlük bizim tərəfimizdə oldu. Hətta ikinci qolu da vura bilərdik. "Səbail"in də müəyyən fürsətləri var idi. Amma ilk yarı ümumilikdə bizim üstünlüyümüz ilə keçdi. Qapımıza təyin edilən penalti vəziyyəti dəyişdi.

- Necə düşünürsən, həmin epizoda penalti var idi?

- İstənilən halda mən bütün qaydaları bilə bilmərəm. Həkimlər qaydaları məndən daha yaxşı bilirlər. Həmin epizoda hakim qapımıza penalti təyin elədi. Futbol kişi oyunudur. Burda elə epizodlar olur ki, əvvəlcədən planlaşdırılmamış olur. Top sadəcə olaraq əlimə dəydi. Mənim penalti etmək fikrim yox idi. Epizodun əvvəlinə baxsaq görərik ki, yan xətt hakimi autdan bizim oyuna daxil etməli olduğumuzu dediyi halda referi onun qərarını ləğv edir və əks tərəfin xeyrinə qərar qəbul edir. Ondan əvvəlki epizoda isə rəqibin hücumçusu mənim formamdan çəkirdi. Ümumiyyətlə hakim hər hansı bir reaksiya vermədi. Mən demirəm ki, bütün kiçik epizodlar dayandırılmalıdır. Dediyim kimi futbol kişi oyunudur. Həmin penalti oyunun dəyişməyinə təsir etdi.

- Yaxşı demək istəyirsiz ki, oyunun sınma nöqtəsi həmin penalti idi ? Demək belə çıxır ki, hakim məğlubiyyətə səbəbkar idi ?

- Yox, bu mənim səhvim idi. Mən demirəm oyunu hakimi sındırdı. Etiraf edim ki, hadisələrin inkişaf mərkəzində olduğum üçün oyunun dəyişməyinə səbəbkar mən idim.

- İstənilən halda ikinci hissədə fərqli "Kəpəz" gördük. Bu psixoloji basqının nəticəsi idi ?

- Komanda şəklində pis mübarizə apardığımızı düşünmürəm. Elə ikinci hissədə də əslində pis oynamadıq. Buraxdığımız bütün toplar fərdi səhvlərmizdən qaynaqlanır. Bizdə çalışdıq və müəyyən epizodlar yaratdıq. İlk yarının sonundakı penalti istənilən halda komandaya müəyyən psixoloji təsir göstərmişdi. Artıq bu oyunu unudub qarşıdakı matç haqda düşünməliyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti